Salyanda avtomobil aşıb: Xəsarət alanlar var

Salyanda yol-nəqliyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Kürsəngi kənd sakinləri - 1989-cu il təvəllüdlü Bilal Əlibaba oğlu Rüstəmov və Ağa Rüstəm oğlu Ağamalıyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.47178602218628