Sabirabadda avtomobil aşıb, ölən və yaralanan var

Sabirabadda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Sabir Bayram oğlu Məmmədov hadisə yerində keçinib. Kənd sakini 1992-ci il təvəllüdlü Dostu Əliyar qızı İsmayılova isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.45790004730225