DYP “20 Yanvar”da reyd keçirdi: “Yazma, bunu burax” deyən şəxs cərimələndi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə reyd keçirib.  

“Qaynarinfo”nun məlumatına görə, dayanma-durma qaydasını pozan sürücülərə qarşı tədbir görən zaman bir nəfər DYP əməkdaşlarının xidmətinə müdaxilə edərək, “yazma, bunu burax” kimi ifadələr işlədərək, qanuni fəaliyyətə imkan verməyib və əl-qol hərəkətləri edib. 

Hadisə polislər yolun ikinci sırasında saxlayan avtomobilləri cərimə edən zaman baş verib. Nəticədə 1991-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş Elçin İbadov (ad-soyad şərti) saxlanılıb. 

Məhkəmənin qərarı ilə həmin şəxs 150 manat məbləğində cərimə edilib.

0.16197919845581