Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
Fəzail Bayramov küçəsinin (Azərbaycan Respublikası Təhsil Nazirliyinin binasından dəmiryolu körpüsünə doğru) ərazisində ilk dəfə olaraq piyada səkisi salınıb.
Bu barədə Caliber.az-ın dərc etdiyi materialda məlumat verilib.
Küçələrin dəfələrlə təmir olunmasına baxmayaraq əvvəllər burada səki olmayıb. Eyni zamanda, təəssüf ki, səkidən düşmək üçün panduslar hələ də quraşdırılmayıb. Həmçinin səki ilə kəsişən boru da başqa yerə köçürülməyib.