İranın öz simasını qorumaq əməliyyatı - VİDEO

Aprelin 1-də İranın Suriyadakı səfirliyinin konsulluq şöbəsi kimi təqdim olunan binaya İsrail aviasiyasının dəqiq zərbələri nəticəsində SEPAH-ın yüksək rütbəli yeddi zabitinin ölümü Tehranı bir daha silkələdi.

“Bir daha” ona görə deyirik ki, bundan əvvəl də İsrailin keçirdiyi əməliyyatlar nəticəsində SEPAH sıralarında ciddi sayıla biləcək itkilər baş verib. Misal üçün, ötən ilin dekabrında briqada generalı Seyid Rəzi Musəvi də İsrail tərəfindən məhv edilib. O da son hücumda öldürülən general Məhəmmədrza Zahidi kimi SEPAH-ın Qüds qüvvələrinin önəmli komandanlarından idi.

Bunu belə bir fakt da təsdiq edir ki, hər iki halda şəxsən İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei həlak olan zabitlərin cənazə namazını qılıb.

Ətraflı “Azad İran”ın süjetində:

0.07030987739563