Müstəqil Həmkarlar Birliyi zəhmətkeşlərə müraciət- Bunlara inanmayın!

Müstəqil Həmkarlar Birliyinin İdarə Heyəti və Bakı şəhəri rayon təşkilatlarının nümayəndələri ilə birgə toplantı keçirilib. Toplantıda Bakı şəhər rayon təşkilatların fəaliyyəti, yaranan problemlər, vətəndaşlarla işin təşkili, qarşıdan gələn seçkilər və təşkilatı məsələlər müzakirə olunub.

Toplantıda İdarə Heyətinin üzvü Fuad Əliyev çıxış edərkən, Prezident seçkiləri zamanı Müstəqil Həmkarlar Birliyinin rayon təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirdi:

“Bütün rayon təşkilatlarının üzvülərinə təşəkkürümü bildirirəm. Seçkinin bütün mərhələlərdə çox fəal oldular. İndi də biz qarşıdan gələn növbəti seçkilərə hazırlaşmalıyıq. Bu fəallıq təkrar olunsa, biz seçkilərdə qalib olacağıq”.

Fuad Əliyev xaricdən maliyyəşən bəzi qrupların zəhmətkeşlərin adından istifadə edərək cəmiyyətdə sabitliyi pozmaq istədiklərini qeyd etdi:

“Bu gün biz nəyin ki, 30 il, 100 il, 200 il arzuladığımız Azərbaycanda yaşayırıq: əraziləri tam bərpa edən Azərbaycanda. Bu radikal qruplar indi nə istəyirlər? Deyirdilər ki, işğal olunan Qarabağ torpaqları qaytara bilmiyəcəyik. Qaytardıq. Deyirdilər ki, Şuşa, Xankəndi, Xocavənd, Xocalını qaytara bilmiyəcəyik. Qaytardıq. Dedilər ki, Rusiya sülhməramlılar Azərbaycandan çıxmayacaqlar. Çıxdılar. Bunlar Azərbaycan xalqının sevincinə qoşulmaq əvəzinə, bax belə bəyanatlar verərərk cəmiyyətdə çaşqınlıq salırdılar, Qələbəmizi aşağılayırdılar. Xalqın qarşısına çıxıb üzr istəmək əvəzinə, Ali Baş Komandan İlham Əliyevə təşəkkür bildirmək əvəzinə, xalqın, zəhmətkəşlərin adından istifadə edərək mitinq təyin edirlər. Bizim Qələbəmizə üç qüvvə sevinməyib: ermənilər, Fransa və bəzi Avropa ölkələri çıxsaq Avropa İttifaqı və bu radikal qrup. Bunların da arxasında duran, maliyyəşdirən, göstəriş verən ABŞ-dır. Biz, zəhmətkeşləri birləşdirən, hər gün zəhmətkeşlərin problemləri ilə məşqul olan, onlara dəstək verən Müstəqil Həmkarlar Birliyi olaraq zəhmətkeşin adından danışa bilərik, bu kiçik bir radikal qrup yox. Sosial problemlər mitinqdə həll olunmur. Onun qanunu yolu var. Müstəqil Həmkarlar Birliyi vətəndaşların problemlərini qanunu yolla həll edir. Bu radikal qrup demir ki, “onun arxasında xalq var” və zəhmətkeşi fikirləşirsə, onda gedib seçkilərdə iştirak edərdi. Amma uduzmaq qorxusundan iştirak etmədi. Biz qorxmadıq , iştirak etdik və sözümüzü dedik. İndi də yenədə seçkilər yaxınlaşır. Gəlin iştirak edin, əgər gücünüz varsa”.

Daha sonra İdarə Heyətinin üzvü Xəzər Teyyublu çıxış etdi.

“Müstəqil Həmkarlar Birliyi yaranmasından sadəcə 1 il keçməsinə baxmayaraq çoxsaylı vətəndaş müraciət və şikayətlərini qəbul etmiş, bu müraciətlərin həlli üçün lazımlı addımların atılması üçün işlər aparmışdır.
Həmçinin xatırladaq ki, Müstəqil Həmkarlar Birliyi fevral ayının 7-də keçirilən Prezident seçkilərində öz namizədi ilə iştirak etdi. MHB seçki təcrübəsinə malik bir təşkilat olaraq həm də ölkəmizdə keçirilməsi gözlənilən parlament və bələdiyyə seçkilərində iştirak etməyi nəzərdə tutur və bunun üçün seçki qərargahının yaradılması, seçki hazırlığını prosesinə başlanılması və bu istiqamətdə işlərin görülməsini elan edir.
Düşünürük ki, bu gün ölkəmizdə 30 ildən çox işğal altında olan torpaqlatımızın azad olunması, ölkəmizdə olan xarici silahlı qüvvələrin ölkəmizdən çıxarılması o deməkdir ki, qarşıda sosial sahədə böyük prespektivli inkişaf mərhələsi durur. Bu inkişaf üçün böyük sosial proyektlərin həyata keçirilməsi nəzərdə tutulacaq.Buna görə vətəndaşlarımızın sosial-iqtisadi maraqlarına uyğun qanunların qəbulundan tutmuş, digər məsələlərə qədər problemlərin həlli lazımdır və bu da qanunvericilik orqanlarından keçir. MHB belə hesab edir ki, parlamentdə namizədlik irəli sürülsün və konkret olaraq burada Müstəqin Həmkarlar Birliyinin sədri Fuad Əliyev nəzərdə tutulur. Çox güman ki, digər seçkilərdə də vaxt aşırı MHB-nin seçki qərargahı bu formada öz siyasətini quracaqdır. Əgər MHB xalqımızın rəğbətini qazanaraq parlament seçkilərinin nəticəsi olaraq parlamentə düşmək üçün mandat alarsa bu mərhələdən sonra ölkəmizdə sosial siyasətin inkişafında, sosial rifahın gücləndirilməsində Müstəqil Həmkarlar Birliyi mahiyyətinə uyğun olaraq öz töhfəmizi vermək əzmindəyik. Bu baxımdan seçkilərdə iştirak etmək tərəfdarı olaraq seçki qərargahının yaradılmasının elan edilməsini alqışlayıram.
Seçki qərargahının yaranmasından sonra da digər prosedur qaydalarına uyğun olaraq MHB bu seçki prosesində öz fəaliyyətinə, öz nizamnaməsinə və qanun çərçivəsində fəalliyət göstərəcəkdir”.

İdarə Heyətinin üzvü Əhməd Rəhmanov çıxışında vətəndaşları seçki prosesində fəal olmağa və cəmiyyətin problemlərinin həlli üçün bir yerdə çalışmağa çağırıb. Çıxışlardan sonra Əhməd Rəhmanov MHB Bakı şəhər bəzi Rayon Təşkilatların nümayəndələrin vətəndaşların şikayətlərini və bu problemlərin həlli yolunda hansı addımların atılmasının lazım olduğu barəsində məlumat verib.

0.059578895568848