Aİ Ukraynaya nə qədər pul xərcləyib?

“Avropa İttifaqının (Aİ) Ukraynaya yardım xərcləri 143 milyard avro təşkil edib”.

Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ABŞ-nin keçmiş prezidenti Donald Trampın Aİ-nin Ukraynaya ABŞ-dən 100 milyard dollar az xərcləməsi ilə bağlı tənqidinə cavab olaraq bildirib.

“Gəlin açıq danışaq. Avropanın Ukraynaya yardımı 143 milyard avro olub”, - Mişel  “X”-də (keçmiş “Twitter”) yazıb.

Qeyd edək ki, Aİ ölkələrindən silah tədarükü 33 milyard avro olaraq qiymətləndirilir, 93 milyard avro isə Aİ və üzv ölkələrin Ukraynaya maliyyə, büdcə və humanitar yardımıdır.

Bundan əvvəl Tramp “Truth” sosial şəbəkəsində Avropa ölkələrini Ukraynaya ABŞ tərəfindən göstəriləndən az olmayan yardım göstərməyə çağırıb.

0.39130616188049