Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub

Azərbaycan komandası ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında daha bir medal qazanıb.

“Report” xəbər verir ki, Qiyas Əhmədov - Vacib Babayev (2008-2009 təvəllüdlü) cütlüyü bürünc medala sahib çıxıblar.

Onlar 500 metr məsafəyə kayak yarışında üçüncü olublar.

Bu, Azərbaycan təmsilçilərinin dördüncü mükafatıdır. Milli üzvləri daha əvvəl qızıl, gümüş və bürünc medala yiyələniblər.

Qeyd edək ki, turnir mayın 3-də başa çatacaq.

0.27136611938477