Gəncədə velosipedçi avtomobilə çırpılıb, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Şəhər sakini 2007-ci il təvəllüdlü Elcan Quliyev velosipedlə hərəkətdə olan zaman KIA markalı minik maşınına çırpılıb.

Qəza zamanı velosipedi idarə edən E.Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

0.48538708686829