Zelenski ABŞ-yə təşəkkür etdi - FOTO
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Nümayəndələr Palatasına Ukraynaya təqribən 61 milyard dollar yardımı nəzərdə tutan qanun layihəsini təsdiq etdiyinə görə təşəkkür edib.
Ukrayna dövlət başçısı bu barədə özünün “X” hesabında yazıb.
Ukrayna dövlətinin başçısı həmçinin qanun layihəsinin Senatda dəstəklənəcəyinə və baxılması üçün prezident Co Baydenə göndəriləcəyinə ümid etdiyini bildirib.
“Demokratiya və azadlıqlar həmişə dünyada önəmli olacaq və ABŞ onları müdafiə etdiyi müddətcə heç vaxt məğlubiyyətə uğramayacaq. Bu gün Nümayəndələr Palatası tərəfindən qəbul edilən qanun layihəsi müharibənin genişlənməsinin qarşısını almağa, minlərlə insanın həyatını xilas etməyə kömək edəcək və hər iki xalqı daha da gücləndirək” - Volodimir Zelenski yazıb.
I am grateful to the United States House of Representatives, both parties, and personally Speaker Mike Johnson for the decision that keeps history on the right track.
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) April 20, 2024
Democracy and freedom will always have global significance and will never fail as long as America helps to…