“Bayer” məğlubiyyətdən son saniyələrdə xilas oldu - VİDEO
Almaniya Bundesliqasında 30-cu turun “Borussiya D” və “Bayer” komandalarının qarşılaşması başa çatıb. Oyun Dortmund şəhərinin “Siqnal İduna Park” stadionunda baş tutub. Görüşün baş hakimi kimi Daniel Siebert çıxış edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Matçın bütün qolları normal vaxtın son 10 dəqiqəsində vurulub. 81-ci dəqiqədə “Borussiya D”nin yarımmüdafiəçi Marsel Sabitzerin ötürməsini hücumçu Niklas Füllkrugu qola çevirib. Lakin 90+8-ci dəqiqədə “Bayer”in müdafiəçisi Yosip Stanişiç Florian Virtsin ötürməsindən fərqlənərək leverkuzenliləri məğlubiyyətdən xilas edib.
Bayer 2023/2024 mövsümü üçün Bundesliqanın turnir cədvəlində birinci yeri tutur. Komanda 30 görüşdə 80 xal toplayıb və son turda vaxtından əvvəl Almaniya çempionu olub. “Borussiya D” isə 57 xalla 5-ci yerdə qərarlaşıb.