Paşinyan: “Ermənistan Qarabağ uğrunda döyüşməyəcək”

“Ermənistan Qarabağ uğrunda müharibə aparmaq fikrində deyil”.

Bunu respublikanın baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasında nümayiş olunan britaniyalı jurnalistlərə müsahibəsində deyib.

O, həmçinin bəyan edib ki, ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan görmür.

Baş nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı fikirlərini də bölüşüb. “Əgər KTMT sərhədlərimizi tanımırsa, deməli, KTMT ümumiyyətlə mövcud deyil, çünki Rusiyanın və məsələn, Yaponiyanın sərhədləri demarkasiya olunmayıb”.

Paşinyan bildirib ki, KTMT-yə etibar etmək olmaz və onun Ermənistan cəmiyyətinin sualına cavabı yoxdur. Elə isə niyə Ermənistan bu qurumda qalmalıdır?

O, Qərblə yaxınlaşmasına da münasibət bildirib.

“Biz heç vaxt Qərbdən uzaq olmamışıq, lakin indi biz daha da yaxınlaşırıq. Aİ ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi əvvəlki hakimiyyətlər tərəfindən imzalanıb”, - Paşinyan xatırladıb.

0.10188698768616