Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb.

APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

0.08570408821106