Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Bakunews.media xəbər verir ki, milli üzvü finalda Fransisko Qarriqosa (İspaniya) uduzub.
Eyni çəkidə yer alan Turan Bayramov üçüncü yer uğrunda qarşılaşmada Salih Yıldıza (Türkiyə) məğlub olub.
Aydan Vəliyeva (52 kq) də bürünc medal görüşündə uduzaraq beşinci olub.
09:40
Bu gün Azərbaycanın yeddi cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
Bakunews.media-ın məlumatına görə, kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Yaşar Nəcəfov (66 kq) tatamiyə çıxacaq.
Qadınlardan Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarış aprelin 27-də başa çatacaq.