Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - VİDEO

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakunews.media-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri “Toyota” markalı avtomobillərlə sürət yarışı keçirməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Mirəli Rəhimov və Nihad Abışov saxlanılıblar.

Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslər barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ bir il müddətində məhdudlaşdırılmaqla 25 sutka inzibati qaydada həbs ediliblər.

0.063291072845459