Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
Bakıda Heydər Əliyev prospektində motosiklet sürücüsü Yol Patrul Xidməti (YPX) əməkdaşının “saxla” əmrinə tabe olmayıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də, sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb.
Hadisə metronun “Koroğlu” stansiyası yaxınlığındakı yol qovşağında qeydə alınıb.