Səhər saatlarında Bakıda ağır qəza: Üç nəfər xəstəxanaya çatdırıldı - YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Bakunews.media-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Hyundai” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

09:44

Bu gün səhər saatlarında Kənar Dairəvi yolun Biləcəri qəsəbəsinə doğru düşən hissəsində ağır qəza baş verib.

Bu barədə baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

Hadisə zamanı yük maşını ilə “Hyundai” markalı avtomobil toqquşub.

Qəzada minik avtomobilində olan iki nəfər və yük maşınının sürücüsü ağır yaralanıblar.

Hər üç nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəza yerinə Dövlət Yol Patrul Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

0.31267905235291