Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Bakunews.media-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş fərdi yaşayış evində dərinliyi 2, diametri 1,5 metr olan su çəninin içində təmir işləri aparıb və geriyə çıxa bilməyərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə su çəninin içində köməksiz vəziyyətdə qalan vətəndaş 1986-cı il təvəllüdlü T.Məmmədov xilas edilib.

 

0.0747389793396