Masallıda velosipedlə işə gedib-gələn yeganə qadın - VİDEO

Masallı sakini İncira Ağayeva rayonda velosipedlə işə gedib-gələn yeganə qadındır.

14 ilə yaxındır ki, Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsində çalışır.

O bildirib ki, velosiped sürməyi iki-üç günə öyrənib.

Səhhəti ilə əlaqədar velosipeddən istifadə edən İ.Ağayevanın bu addımını isə istər ailə üzvləri, istərsə də iş yoldaşları müsbət qarşılayıblar.

Ətraflı “İTV Xəbər”in süjetində:

0.39711499214172