Stiv Cobsun həkimi: Vegetariyanlıq təhlükəli yoldur

Son illər bir çox insanın ətdən imtina etməsinə baxmayaraq, vegetariyanlıq insan üçün təhlükə yaradır.

“Forbes” xəbər verir ki, bu fikri Stiv Cobsun həkimi, onkoloq Devid Aqus deyib.

Onun fikrincə müasir insan bir gecə içində təkamülü dəyişə bilməz.

“Əgər 2,5 milyon il bəşəriyyət ət və tərəvəz yeyibsə, onu pəhrizə otuzdursan bundan yaxşı nəticə gözləmək gülüncdür”, - deyə həkim vurğulayıb.

“Sözsüz ki, veqanlar tam sağlam insan ola bilərlər, lakin onlar üçün balanslaşdırılmış qida qəbulunu təmin etmək olduqca çətindir. Nadir veqanlar doğru qidalanır. Əsasən veqanlar karbohidratlarla qidalanır. Onların rasionunda nə zülal, nə də yağlar var. Bir sözlə, əgər sən hər şeyi düz edirsənsə afərin, lakin məhsulların bir çoxunu yemirsinizsə sağlamlığınıza ziyan vurursunuz. Öz gücünüzü qiymətləndirin. Vegetariyanlıq və veqanlıq çox təhlükəli və bahalı yoldur. Bu yola dəb xatirinə baş vurmayın”, - deyə həkim qeyd edib.

0.3508141040802