Koronavirusla bağlı zarafat səbəbindən təyyarə hava limanına qayıtdı

Torontodan Yamaykaya uçan Kanadanın “WestJet” şirkətinə məxsus təyyarə təcili şəkildə çıxdığı hava limanına qayıtmalı olub.

“CBC” xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin yeni növ koronavirusa yoluxması barədə zarafat etməsi olub.

Bu məlumatı eşidən təyyarənin pilotu Torontoya qayıtmaq qərarını verib.

Təyyarədə 243 sərnişin olub.

Təyyarə yerə endikdən sonra 29 yaşlı zarafat edən şəxs həbs edilib və şirkətə ziyan vurmaqda ittiham edilir.

Qeyd edək ki, martin doqquzu o məhkəmə qarşısında törətdiyi əmələ görə cavab verməli olacaq.

0.40943789482117