Qadın boksçu rəfiqəsi ilə öpüşdüyü üçün azadlıqdan məhrum ola bilər

İngiltərənin Nyükasl-apon-Tayn şəhərini təmsil edən qadın boksçu Eypril Hanter sosial şəbəkələrdə istirahət zamanı sevdiyi qadınla öpüşməsinin şəklini paylaşıb.

“Faktı” xəbər verir ki, bu şəkli cütlük Maldiv adalarında istirahət edərkən çəkib.

Qeyd etmək lazımdır ki, müsəlman ölkəsi olan Maldiv adalarında cinsi azlıqlar qanunla təqib edilir.

24 yaşlı idmançı qısa müddət sonra paylaşdığı şəkli pozub, çünki Maldiv adalarının qanunvericiliyinə görə, qadını səkkiz il müddətinədək azadlıqdan məhrum edə bilərlər.

Bundan əlavə boksçunu şallaq cəzası da gözləyə bilər.

0.32872295379639