“Fənər” adı “Qarabağ”la hallanan futbolçu barədə qərarını verdi

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Alper Potuk atasının xəstəliyi səbəbilə klubdan ayrıla bilməyib. O, iki həftəyə yaxın müddətdir ki, komandanın məşqlərinə belə qatılmır.

Bu barədə “Hürriyyet” məlumat yayıb.

“Fənərbaxça” klubu mövsümün ikinci yarısı üçün Alper Potuka icazə sənədi verməyib. Bu isə o deməkdir ki, Alper mövsümün sonuna qədər forma geyinə bilməyəcək.

Futbolçunun İstanbulda xəstəxanada saxlanılan - xərçəng xəstəsi olan atasının yanında olduğu, komandanın məşqlərinə də qatılmadığı qeyd olunur. Bu xüsusi halı nəzərə alan “Fənərbaxça” futbolçunu komandada saxlamaqla ona mövsümüm sonuna qədər “icazə” verib.

Xatırladaq ki, Türkiyə mətbuatı Alper Potukla "Qarabağ" klubunun da maraqlandığını yazmışdı.

0.35672307014465