“Bayer” “Roma”ya qalib gələrək rekordunu yenilədi - VİDEO

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk görüşləri baş tutub.

Bakunews.media xəbər verir ki, İtaliyanın paytaxtında yerli “Roma” ilə Leverkuzen “Bayer”i üz-üzə gəlib.

Xabi Alonsonun yetirmələri bu görüşdə də qələbə qazanaraq, XXI əsrdə Avropanın bütün turnirlərində məğlubiyyətsizlik seriyasına görə rekordlarını yeniləyiblər - 0:2.

Bununla da, “Bayer” məğlubiyyətsizlik seriyasını 47 oyuna çatdırıb.

“Marsel” - “Atalanta” görüşündə isə qalib müəyyənləşməyib. Komandalar hərəyə bir qol vurmaqla heç-heçəyə razılaşıblar - 1:1.

Qeyd edək ki, hər iki görüşün cavab qarşılaşmaları mayın 9-da keçiriləcək.

0.28809309005737