Türkiyədə avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var - VİDEO

Türkiyənin Ərzurum şəhərində magistral yolda avtobus aşıb. Qəza nəticəsində bir nəfər həlak olub, 12 nəfər yaralanıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Qəza yerli vaxtla 08:00 radələrində baş verib. Avtobus Xorasan rayonundan Ərzurum şəhərinə  yollanırmış. Lakin magistral yolun buz bağlamasına görə ictimai nəqliyyat sürücü R.T.-nin idarəetməsindən çıxıb və aşıb. 

Hadisə yerinə çoxlu sayda tibb işçiləri cəlb olunub. Qəza ilə bağlı istintaqa başlanılıb.

0.44695615768433