Qadın polislərə bıçaqla hücum etdi - VİDEO

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Pıt-Yaxe şəhərində qadın bıçaqla polislərə hücum edib.

Bu barədə NV86.ru saytı məlumat verir.

Müşahidə kameraları tərəfindən qeydə alınan görüntülərdə qadının əlində bıçaqla binanın dəhlizində dayanan polislərə hücum etdiyi əks olunub. 

Bir müddət sonra polislər qadını saxlamağa müyəssər olublar. Qadının spirtli içkinin təsiri altında olduğu məlum olub. 

 

0.3434751033783