“Qarabağ”ın keçmiş qapıçısı millidəki karyerasını başa vurdu - FOTO
“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisindəkı çıxışını başa çatdırıb.
Bu barədə 35 yaşlı qolkiper “Instagram”da paylaşım edib.
“Günlərlə nə deyəcəyimi və necə başlayacağımı düşünürdüm. Ən sevdiyim forma üçün ilk zəngdən inanılmaz 14 il keçdi. Atam vətənimizi müdafiə edərkən həyatını itirdiyi kimi, mən də bacardığım qədər öz yolumla onu müdafiə etdim. Bosniya və Herseqovinanın gerbini 66 dəfə qürurla daşımışam. Bu yolda məni müşayiət edən hər kəsə, ailəmə, dostlarıma, məşqçilərimə və komanda yoldaşlarıma minnətdaram. Siz məni daha yaxşı insan etdiniz və əlbəttə ki, ən böyük təşəkkürlər millinin ən yaxşı azarkeşlərinədir”, - qapıçı yazıb.
Qeyd edək ki, hazırda Şehiç Səudiyyə Ərəbistanının “Əl-Halic" klubunun qapısını qoruyur.