UEFA Konfrans Liqası: Sonuncu finalçının adına bu gün aydınlıq gətiriləcək
UEFA Konfrans Liqasında finala adlayan sonuncu komandanın adına bu gecə keçiriləcək “Olimpiakos” - “Aston Villa” görüşündən sonra aydınlıq gətiriləcək.
Bakunews.media xəbər verir ki, ilk oyunda 4:2 hesablı qələbəyə sevinən Yunanıstan təmsilçisi bu gün doğma meydan və azarkeş amilindən də yararlanaraq finala vəsiqə əldə etmək niyyətindədir. İngiltərə təmsilçisi oyunda geridönüş etmək əzmindədir. Meydan sahiblərindən zədəli Byankon, Fadiqa və Leydner görüşü buraxmalı olacaqlar. Qonaqlarda isə Buendiya, Kamara, Minqz, Remsi və Rocers bugünkü görüşdə komandasına kömək edə bilməyəcəklər. Martines, Tilemans və Zanyolonun isə oynayıb-oynamayacağı bəlli deyil.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
UEFA Konfrans Liqası
9 may
“Olimpiakos” - “Aston Villa”
Stadion: “Georgios Karausjajus Stadium” (Pirey)
Baş hakim: Feliks Zvayer (Almaniya)