Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən “Grand Prix Plus City” turnirinin blits mərhələsində qalib olub.

Bakunews.media xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, o, 13 turdan sonra 11 xal toplayaraq birinci yeri tutub.

Eyni yarışda iştirak edən digər şahmatçımız Şəhriyar Məmmədyarov 10 xalla bürünc medala sahib çıxıb.

0.10612916946411