Azərbaycanın daha iki cüdoçusu “Böyük Dəbilqə”də bürünc medal qazana bilər - YENİLƏNİB
Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” yarşışında bürünc medal qazana bilər.
Bakunews.media xəbər verir ki, Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) üçüncü yer uğrunda görüşə çıxacaqlar.
Bu gün tatamiyə çıxan Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal şanslarını itiriblər.
Qeyd edək ki, daha əvvəl Kamran Süleymanov (66 kq) bürünc mükafata sahib çıxıb. Azərbaycan turnirdə 15 idmançı ilə təmsil olunur.
10:48
Bu gün Azərbaycanın daha dörd cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayır.
Bakunews.media xəbər verir ki, son olaraq Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov tatamiyə çıxacaq.
Qeyd edək ki, daha əvvəl Kamran Süleymanov (66 kq) bürünc medal qazanıb. Azərbaycan turnirdə 15 idmançı ilə təmsil olunur.