Arif Əsədov milli komandaya görə başqa təklifdən imtina edib

“Təklif olsa da, Azərbaycan yığmasının məşqçisi olduğum üçün bundan imtina etdim”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov yığmadakı gələcəyi ilə bağlı danışarkən deyib.

54 yaşlı mütəxəssis yığma ilə müqaviləsinin uzadıldığını bildirib:

“Sözləşmə avtomatik olaraq yenilənib. Lakin bu barədə ictimaiyyətə məlumat verilməyib. Düşünürəm ki, hər şey milliyə yeni baş məşqçi təyin olunduqdan sonra öz təsdiqini tapacaq”.

Qeyd edək ki, Arif Əsədov 2020-ci ildən Azərbaycan millisində köməkçi məşqçi vəzifəsində çalışır.

0.099298000335693