Almaniya İranın bütün konsulluqlarını bağlayır
Almaniya ilə İran İslam Respublikası arasında diplomatik gərginlik davam edir.
Bakunews.media DPA(Deutsche Presse-Agentur) agentliyinə istinadən xəbər verir ki, Almaniya İranın bu ölkədə olan bütün konsulluqlarını bağlayır.
Məlumatı Almaniya Xarici İşlər nazirliyi də təsdiq edib.
Xatırladaq ki, Almaniya iranəsilli vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə görə İrandakı səfirini də geri çağırıb.
Məlumat üçün əlavə edək ki, iki gün əvvəl Almaniya vətəndaşı, 68 yaşlı Cəmşid Şarməhd İranda edam edilib. O, 2020-ci ildə BƏƏ-yə səfəri zamanı oğurlanaraq zorla İrana aparılıb. 2023-cü ilin fevralında İran məhkəməsi onu milli təhlükəsizliyə təhdid yaratmaqda ittiham edərək edam cəzasına məhkum edib. C.Şarməhd 2008-ci ildə Şirazda dini mərkəzdə 14 nəfərin ölümü və 215 nəfərin yaralanması ilə nəticələnən partlayış hadisəsində günahlandırılan "Tondar" adlı monarxist qrupa rəhbərlik etməkdə təqsirli bilinib.