Argentinada 14 yaşlı futbolçu Maradonanı ötdü, Aqueronun da rekordunu qırdı - VİDEO
“Deportivo Riestra”nın yarımmüdafiəçisi Mateo Apolonio Argentina futbol tarixinin ən gənc debütantı olmaqla rekorda imza atıb.
Apolonio Argentina Kubokunun 1/8 final mərhələsində “Nyuells Old Boyz”la (0:1) matçın 85-ci dəqiqəsində meydana çıxıb və 14 yaş 29 günlüyündə debüt edib.
Beləliklə, Mateo “İndependiente” forması ilə debütü 15 yaş 33 gündə baş tutan hücumçu Serxio Aqueronun ölkə rekordunu qırıb.
Apolonio həmçinin 16 yaşına 10 gün qalmış “Argentinos Juniors”un əsas komandasında debüt edən Dieqo Maradonanı da geridə qoyub.
Mənbə: sport24.ru