18 yaşlı qız dörd gündür yoxa çıxıb

Cəlilabad rayonunun Alar kənd sakini, 2006-cı il təvəllüdlü Nahidə Xəyal Qızı Zeynalova mayın 17-də yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

Bakunews.media-ın məlumatına görə, Nahidə Zeynalovanın əlamətləri bunlardır:

Boyu 158 sm, gözləri qəhvəyi, saçları qara rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində göy rəngli köynək olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

0.050205945968628