"Temu"dan şikayət edənlərin sayı gündən-günə ARTIR: Aldanmamaq üçün nələrə diqqət etməliyik?
Əsasən Çindən olan məhsulların onlayn satışını həyata keçirən "Temu" alış-veriş saytından sifariş verilən məhsuldan evə gələn məhsul arasındakı fərq müştərinin narazılığına səbəb olub.
Belə ki, müştəri açar dəsti sifariş verib, lakin evə açarqabı formasında suqabı göndərilib.
Araşdırma zamanı isə məlum olub ki, bu kimi hallarla rastlaşanlar az deyil.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, elektron ticarət sahəsində alıcıların aldadılması barədə Birliyə çoxsaylı şikayətlər daxil olub.
E.Hüseynov onlayn alış-veriş edənləri diqqətli olmağa çağırıb. O bildirib ki, aldanmamaq üçün sifariş verilən məhsul haqqında yazılan məlumatlar mütləq oxunmalıdır.
Ətraflı "ATV Xəbər"in süjetində:
"Temu"dan şikayət edənlərin sayı gündən-günə ARTIR: Aldanmamaq üçün nələrə diqqət etməliyik?