Zabratda açıq ərazidə yanğın baş verib

Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində açıq ərazidə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına, o cümlədən neft buruqları və yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə 600 kvadratmetr sahədə qamışlıq və quru ot yanıb.

Ərazidə yerləşən neft buruqları və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Zabratda açıq ərazidə yanğın baş verib

Zabratda açıq ərazidə yanğın baş verib

0.062296152114868