Azərbaycanda dəhşətli intihar: Borclarını qaytara bilmədi özünü öldürdü
Zərdabda intihar hadisəsi olub.
Bakunews.media xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, Ködəkqobu kənd sakini E.Novruzov sirkə turşusu içərək canına qəsd edib.
O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Əldə etdiyimiz məlumata görə, E.Novruzovun bu addımına səbəb çox sayda şəxslərdən eyni vaxtda borc alması olub. Daha sonra borcunu qaytara bilməyən 39 yaşlı kişi özünü öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin Muradova