Cüdoçumuz dünya çempionatının finalına yüksəlib

Cüdoçumuz Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.

Bakunews.media-ın məlumatına görə, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Portuqaliya təmsilçisi Jorje Fonsekaya qalib gəlib.

Onun finaldakı rəqibi kanadalı Şadi Elnahas olacaq.

Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq.

İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.

0.62053108215332