"Rumıniya Azərbaycanın qida təhlükəsizliyi sahəsində təcrübəsinin öyrənilməsində maraqlıdır"
"Rumıniya Azərbaycanın qida təhlükəsizliyi sahəsində təcrübəsinin öyrənilməsində maraqlıdır".
Bakunews.media-ın Buxarestə xüsusi ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin sədri-dövlət katibi Aleksandru Nikolae Boçu Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovla görüşdə bildirib.
Görüşdə iki ölkə arasında qida sənayesi sektorunda əməkdaşlıq, Azərbaycandan müxtəlif növ bitkiçilik məhsullarının Rumıniyaya ixracının artırılması, baytarlıq preparatlarının istehsalı sahəsində əməkdaşlıq, müvafiq sahələr üzrə kadr hazırlığı sahəsində əməkdaşlıq müzakirə olunub.
Aleksandru Nikolae Boçu Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlini Rumıniyaya səfər etməyə dəvət edib.
Boçu AQTA-nın qida təhlükəsizliyi sahəsində fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanın bu sahədə fəaliyyətini yüksək qiymətləndirib.
Səfir Qüdsi Osmanov Azərbaycanın Rumıniya ilə münasibətlərin yüksək səviyyədə olduğunu bildirib və ayrı-ayrı sahələr üzrə yeni inkişaf istiqamətlərdə əməkdaşlığa hazır olduğunu qeyd edib.