Azyaşlılar arasında yayılan qəfil ölümlər - HƏKİMDƏN AÇIQLAMA

Bakıda azyaşlı ürəktutmasından vəfat edib. Məlumata görə, Nizami rayonunda yerləşən 62 nömrəli məktəb-liseyin birinci sinif şagirdi Eyvazlı Xanım ürəktumasından vəfat edib.

Azyaşlılar arasında ürək xəstəliklərinin səbəbləri barədə Demokrat.az-a danışan professor Adil Qeybulla qeyd edib ki, qəfil ölümlər çox vaxt ürəktutması adlandırılır:

"Amma burada digər səbəblər ola bilər. Ürəyin qəfil dayanması, beyinə qan sızması baş verə bilər. Bunun hər biri yoxlanmalıdır. Çünki doğrudan da birinci sinif şagirdinin qəflətən dünyasını dəyişməsi ciddi hadisədir. Bu, araşdırılmalı, autopsiya olunmalı və nəticəsi bilinməlidir. Bundan sonra ölümün kriminal və ya bədbəxt hadisə olduğu məlum olacaq. Yəni burada bir çox fərziyyələr var. Amma autopsiyanın nəticələri olsa, daha yaxşı mühakimə yürütmək olardı. Ölüm hansı səbəbdən olub və qarşısını almaq üçün nələr etmək lazım olduğunu araşdırardıq".

0.30408191680908