"Axmaq və irqçi" - UEFA rəhbəri "Real Madrid"in prezidentini təhqir etdi
UEFA rəhbəri Aleksander Çeferin İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubiales ilə şəxsi yazışmalarında "Real Madrid"in prezidenti Florentino Peresi "axmaq və irqçi" adlandırıb.
Məlumata görə, Çeferin bu məzmunlu mesajı 2019-cu ildə, Peres Avropa Superliqasının yaradılmasının tərəfdarı olduğu zaman Rubialesə göndərib.
Xatırladaq ki, UEFA rəhbəri bu təşəbbüsə açıq şəkildə cavab verərək belə bir layihənin Avropa futboluna mənfi təsir göstərəcəyini bildirmişdi.
Mənbə: championat.com