Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vurğun Əlamət oğlu Seyidovun meyitinin qalıqları Ağsu rayonuna gətirilib.

"Report" xəbər verir ki, şəhidin nəşi Ağsu rayonunun Kalva kəndində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib, o, Kalva kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ağsu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Vurğun Əlamət oğlu Seyidov 1974-cü il yanvarın 1-də Ağsu rayonunun Kalva kəndində anadan olub. O, 1993-cü il fevralın 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Hacıkənd-Toğana kəndi) itkin düşüb.

0.046329975128174