Ermənistanda referendum olacaq

Ermənistan Parlamentinin deputatları Konstitusiya Məhkəməsinin ləğv edilməsini nəzərdə tutan Konstitusiyanın 213-cü maddəsinə dəyişiklik edilməsi ilə bağlı referendum keçirmək qərarına gəliblər.

Ermənistan mətbuatının yaydığı məlumata görə, Qanun layihəsinin qəbul olunmasına 88 deputat səs verib.

Səsvermədən əvvəl Çiçəklənən Ermənistan fraksiyasının deputatı Mikael Melkumyan onların siyasi qüvvələrinin səsvermədə iştirak etməyəcəyini bildirib.

0.30975890159607