Yoldaşı öləndən sonra ruhi xəstə oldu, binadan yıxılıb öldü – Hadisə yerindən GÖRÜNTÜLƏR
Bakının Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən yaşayış binasının altıncı mərtəbəsindən yıxılan kişi ölüb.
Xezerxeber.az-ın məlumatına görə, doqquzmərtəbəli binada yaşayan 65 yaşlı Rasim İsmayılov eyvandan yerə düşüb.
Hadisə şahidləri bildiriblər ki, kişi ehtiyatsızlıq səbəbindən mənzilin eyvanından yıxılıb və binanın arxa tərəfinə düşüb.
Qonşuların bildirdiyinə görə, təxminən bir il öncə Rasim İsmayılovun həyat yoldaşı vəfat edib. Bundan sonra onda ruhi problemlər yaranmağa başlayıb.
TƏBİB-dən verilən məlumata görə, dünən 1959-cu il təvəllüdlü şəxs təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. Pasiyent baş-beynin ocaqlı travması, burun sümüklərinin sınığı, travmatik şok diaqnozları ilə reanimasiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi xidmətlərlərin göstərilməsinə baxmayaraq, uzlaşmayan travmalar səbəbindən sözügedən şəxs elə həmin gün vəfat edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə:
Yoldaşı öləndən sonra ruhi xəstə oldu, binadan yıxılıb öldü – Hadisə yerindən GÖRÜNTÜLƏR
09:56
Bakı şəhərinin Xətai rayonunda eyvandan yıxılan şəxs ölüb.
"Report"un məlumatına görə, Rasim Abutalıb oğlu İsmayılov yaşadığı binanın 6-cı mərtəbəsində eyvandan yıxılaraq ağır xəsarətlər alıb.
O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.