Azərbaycan vətəndaşı kiberdələduzluğa məruz qalıb: 21 min manat zərər
Azərbaycan vətəndaşı kiberdələduzluğa məruz qalıb.
Bakunews.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.
Qurum rəsmisi bildirib ki, bir fakt üzrə zərər 21 000 manat təşkil edib.
"Evini elan saytında satışa qoyan vətəndaşa Qazaxıstan nömrəsi ilə zəng gəlir və naməlum şəxs evi almaq istədiyini bildirir və bir gün onunla danışıqlar-müzakirələr aparırlar. Nəhayət, "razılaşır" və evi satana təklif edilir ki, beh ödəmək üçün bank kartı məlumatlarını verin. Evi satan adamı telefonda danışdıra-danışdıra 16 rəqəmdən əlavə digər məlumatları əldə etməklə bank kartında olan pulu oğurlayıblar. Vətəndaşa saf olduğuna görə təşəkkür edib telefonu qapadıblar".