"Qalatasaray"la yolları ayırmaq istəyən Hakim Ziyeşin yeni klubu bəlli oldu
Əsas heyətdə az oyuna çıxdığı üçün narazı olan və "Qalatasaray"dan ayrılmaq istəyən Hakim Ziyeş Qətər klubu ilə razılaşıb.
Bakunews.media xəbər verir ki, Hakim Ziyeş Qətərin "Əl-Arabi" klubunun illik beş milyon avroluq maaş təklifini qəbul edib.
Qeyd edək ki, Hakim Ziyeş bu mövsüm "Qalatasaray" forması ilə cəmi yeddi oyunda meydana çıxıb, bir məhsuldar ötürmə ilə yadda qalıb.