BTQ dəmir yolunun Marabda-Türkiyə sərhədinə qədər sahəsinin inşasına dair protokol təsdiqlənib
2024-cü il aprelin 30-da Bakı və Tbilisi şəhərlərində imzalanmış "Bakı-Tbilisi-Qars" yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında 2007-ci il 7 fevral tarixli Saziş"ə dəyişiklik edilməsi barədə Protokol" təsdiq edilib.
President.az xəbər verir ki, Azərbaycan Prezidenti bununla bağlı fərman imzalayıb.
Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.