Qvardiola "Mançester Siti"nin gələcək baş məşqçisinin adını AÇIQLADI

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Vinsent Kompanini "şəhərlilərin" gələcək çalışdırıcısı adlandırıb.

"Vinsent Kompani "Mançester Siti"nin gələcək baş məşqçisi olacaq, sözlərimi yazın. Bəli, bu mütləq baş verəcək. Bu baş verəndə mənə zəng edəcəksiniz", - deyə jurnalist Fabrizio Romano özünün "X" sosial şəbəkəsində (keçmiş "Twitter") Qvardioladan sitat gətirib.

Daha əvvəl bildirilmişdi ki, Kompani "Bavariya"nın baş məşqçisi təyin olunmağa yaxındır. Belçikalı hazırda "Börnli"ni çalışdırır. Onun rəhbərliyi altında komanda ötən mövsümün sonunda 24 xalla 19-cu yeri tutaraq, İngiltərə Premyer Liqasından aşağı liqaya düşüb.

Mütəxəssis əvvəllər "Anderlext"in baş məşqçisi vəzifəsində çalışıb.

0.05839204788208