Astarada qonaqlığa gedən Əfqanıstan vətəndaşı öldü

Astarada qonaq olan Əfqanıstan vətəndaşı ölüb.

"Report" xəbər verir ki, ölüm hadisəsi rayonun Pəlikeş kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhərində yaşayan Əfqanıstan vətəndaşı, 1956-cı il təvəllüdlü Mohammad Rasul Fahimi Astaranın Pəlikeş kəndində qohumlarının evində qonaq olub.

Ölümün nədən baş verdiyi hələlik məlum deyil. Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün səbəbi məlum olacaq.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

0.054323196411133