Kuryer xidmətində işləmək üçün avtomobilin ili təzə olmalıdır? - AÇIQLAMA

Yeni qaydaların tətbiqindən sonra taksi fəailiyyətini dayandırmaq məcburiyyətində qalan sürücü İlkin Həsənovun yeni işinə də qadağa qoyulub.

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən sürücü deyir ki, avtomobilinin ili ilə əlaqədar yeni qaydalara əsasən, taksi fəaliyyəti göstərə bilmir. Bu səbəbdən də işini kuryer olaraq davam etdirmək qərarına gəlib. Lakin bir müddət sonra işlədiyi taksi şirkəti tərəfindən hesabına blok qoyulub. Buna səbəb kimi isə avtomobilin ilinin köhnə olması göstərilib.

Şikayətçinin sözlərinə görə, kuryer xidməti göstərən sürücülərin avtomobillərinə il tələbi onlar üçün gözlənilməz olub.

Səslənən iddialarla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirilib ki, sözügedən məsələ taksi şirkətlərinin daxili işidir. Agentlikdən o da qeyd edilib ki, bəzi şəxslər tərəfindən çatdırılma xidməti adı altında sərnişin daşınmasının həyata keçirildiyi müşahidə edilir. Belə hallara qarşı reydlər aparılır və qarşısı alınır.

Ətraflı süjetdə:

Kuryer xidmətində işləmək üçün avtomobilin ili təzə olmalıdır? - AÇIQLAMA

Kuryer xidmətində işləmək üçün avtomobilin ili təzə olmalıdır? - AÇIQLAMA

0.097803115844727